"Aston Villa" "Yuventus"dan iki futbolçu transfer edib
01.07.2024 - 14:53
"Aston Villa" "Yuventus"dan iki futbolçu transfer edib

Premyer Liqa təmsilçilərindən "Aston Villa" heyətinə 2 futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mərkəzi yarımmüdafiəçi Enzo Barreneçea və hücumameyilli yarımmüdafiəçi Samuel Aylinq Birmingem klubuna keçib.

Klub futbolçuların müqavilə müddəti ilə bağlı məsələyə aydınlıq gətirməyib.

Qeyd edək ki, ötən gün braziliyalı yarımmüdafiəçi Duqlas Luizin "Aston Villa"dan "Yuventus"a keçəcəyi açıqlanmışdı.

writer photo
Əlirza Əlirzalı
0