“Atalanta”dan baş məşqçi qərarı
06.06.2023 - 13:57
İtaliyada “Atalanta” baş məşqçisi Can Piero Qasperini ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytı xəbər verir ki, Berqamo klubunun rəhbərliyi 65 yaşlı italiyalıyla 2024-cü ildə bitəcək razılaşmanı daha bir il artıracağını açıqlayıb.
Qasperini 2016-cı ildən komandanın “sükanı arxasında”dır. Son mövsümdə A seriyasında 38 oyuna çıxan “Atalanta” çempionatı 64 xalla 5-ci sırada tamamlayıb.
Komanda yeni mövsümdə İtaliyanı UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək.
0
0