“Atletiko” 3 xalı 2 qolla QAZANDI
02.04.2024 - 01:25
“Atletiko” 3 xalı 2 qolla QAZANDI

İspaniya La Liqasında 30-cu turun son oyunu baş tutub.

Apasport.az xəbər verir ki, “Atletiko” səfərdə “Vilyarreal”ın qonağı olub. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Madrid təmsilçisi 2 ardıcıl məğlubiyyətdən sonra ilk 3 xalını qazanıb. 58 xal toplayan paytaxt klubu 4-cü pilləyə yüksəlib.

“Sarılar”ın isə 4 oyunluq qələbə seriyası sona çatıb. Onlar 38 xalla 10-cudur.

İspaniya La Liqası
30-cu tur

“Vilyarreal” – “Atletiko” – 1:2

writer photo
Əlirza Əlirzalı
0