"Atletiko" 74 ildən sonra qol seriyasını təkrarlayıb
12.12.2024 - 16:29
!["Atletiko" 74 ildən sonra qol seriyasını təkrarlayıb](https://ww3.apasport.az/storage/news/2024/december/12/big/675ad2db6d833675ad2db6d8341734005467675ad2db6d831675ad2db6d832.jpg)
"Atletiko" 74 ildən sonra qol seriyasını təkrarlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında məlumat yayılıb.
Madrid təmsilçisi buna Çempionlar Liqasında "Slovan"a 3:1 hesabı ilə qalib gəldikləri görüşdə nail olub.
“Atletiko” bütün yarışlar daxil olmaqla son 5 görüşdə 3 və daha çox qol vurub. Komanda bunu 74 il əvvəl, 1950-ci ildə Helenio Herreranın baş məşqçisi olduğu dövrdə bacarmışdı.
0
0