"Atletiko"nun yeni transfer hədəfi bəlli olub.
Apasport.az xəbər verir ki, "Valensiya"nın 33 yaşlı müdafiəçisi Qabriel Paulista "Atletiko"ya keçməyə yaxındır.
Xose Ximenezin zədələnməsi, Çağlar Söyüncünün "Fənərbaxça"ya transfer olunması səbəbilə müdafiə xəttində problem yaşayan klubun çalışdırıcısı Dieqo Simyone braziliyalı oyunçunun transferini yaxın günlərdə bitirmək istəyir.
Futbolçunun "Valensiya" ilə müqaviləsini ləğv edəcəyi və bu mövsümün sonuna kimi "Madrid" klubunda çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, Paulista daha əvvəl İngiltərənin "Arsenal" və İspaniyanın "Vilyareal" klubunda çıxış edib.
- "Roma"nın sabiq futbolçusu narkotiklə tutuldu
- Avstraliya KUPONU
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- Misli Premyer Liqasında XVIII turun hakimləri açıqlandı