“Atletiko”nun futbolçusuna üç müştəri
23.11.2022 - 22:34
“Atletiko”nun futbolçusuna üç müştəri

“Atletiko” futbolçusu Joao Feliksi icarəyə verməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçunun xidmətində üç klub maraqlıdır.

Bunlar “Mançester Yunayted”, PSJ və “Bavariya”dır. Onun İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. 

Qeyd edək ki, Feliksin transfer qiyməti 50 milyon avro ilə dəyərləndirilir.

writer photo
Əlirza Əlirzalı
0