Avropa Liqasında pley-off cütləri - YENİLƏNİB
18.12.2023 - 16:18
Avropa Liqasında pley-off cütləri - YENİLƏNİB

Avropa Liqasında pley-off mərhələsinin püşkü atıllb.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala vəsiqə üçün mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Azərbaycan çempionu “Qarabağ”la Türkiyə təmsilçisi “Qalatasaray”ın da rəqibi bəlli olacaq.

Bu raundda Çempionlar Liqasının qrup üçüncüləri ilə Avropa Liqasının ikinciləri üz-üzə gələcək. İlk matçlar üçüncü yer sahiblərinin meydanında baş tutacaq.

“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)
“Milan” (İtaliya) - “Renn” (Fransa)
“Lans” (Fransa) - “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) -  “Tuluza” (Fransa)
“Braqa” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə) - “Sparta” (Çexiya)
“Şaxtyor” (Ukrayna) - “Marsel” (Fransa)

Qeyd edək ki, pley-off mərhələsi 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0