Avropa nəhənginin maliyyə hesabatları araşdırılır
30.11.2022 - 11:41
Avropa nəhənginin maliyyə hesabatları araşdırılır

İtaliya Futbol Federasiyası (FIGC) “Yuventus”un maliyyə hesabatlarını ört-basdır etməsi ilə bağlı iddiaları araşdırır.

Apasport.az saytının məlumatına görə, Turin klubu 2020 və 2021-ci illərdə futbolçuların real gəlirlərini gizlətməkdə ittiham olunur.

“Yuventus”un direktorlar şurasının, o cümlədən prezident Andrea Anyelli və vitse-prezident Pavel Nedvedin istefasından sonra qurum araşdırmaya start verib.

Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən bu aya qədər “Yuventus”a rəhbərlik edib.
 

writer photo
Əlirza Əlirzalı
0