Azar Belçikaya dönür
07.09.2023 - 00:17
Azar Belçikaya dönür

“Anderlext” heyətini daha bir təcrübəli futbolçu ilə gücləndirəcək.

Apasport.az saytı xəbər verir ki, komanda Torqan Azarı transfer edəcək.

Dortmund “Borussiya”sına məxsus yarımmüdafiəçinin transfer qiyməti 4 milyon avrodur. Azar ötən mövsümün ikinci hissəsini icarə əsasında PSV-də keçirib. Komanda ilə bir illik müqaviləsi olan belçikalı futbolçu ölkəsinə dönməyə qərar verib.

Qeyd edək ki, “Anderlext” bir gün öncə 36 yaşlı qapıçı Kasper Şmeyxeli transfer etmişdi.  
 

writer photo
Əlirza Əlirzalı
0