Latviya millisinin sabiq futbolçusu Andrey Rubin vəfat edib.
Apasport.az saytının məlumatına görə, Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qarabağ” və “Simurq”da oynamış yarımmüdafiəçi 44 yaşında ölüb.
Latviya millisi ilə AVRO-2004-ün iştirakçısı olan Rubinin son iş yeri “Oqre” idi. O, bu klubun məşqçisi kimi çalışıb.
Rubin 2008-10-cu illərdə “İnter”, 2010-11-ci illərdə “Qarabağ”, 2011-12-ci illərdə “Simurq”da forma geyinib. O, 2009/10 mövsümündə Premyer Liqanın çempionu adını qazanıb.
Qeyd edək ki, Latviyada “Auda”, “Skonto”, “Metallurq”, İsveçdə “Ester”, Rusiyada “Spartak”, “Şinnik”, İngiltərədə “Kristal Pelas” klublarında oynamış yarımmüdafiəçi karyerasını Zaqatala təmsilçisində başa vurub.