Qış transfer pəncərəsində heyətini gücləndirməyə qərar verən “Barselona” müdafiəçi almaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Toma Menyenin keçidini həll etməyi planlaşdırır.
31 yaşlı belçikalı Dortmund “Borussiya”sının formasını geyinir. Tomanı hələ yayda sıralarına qatmaq istəyən La Liqa təmsilçisinin istəyi həmin vaxt reallaşmamışdı. Menyenin “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 6,5 milyon avro ilə dəyərləndirilir. İspaniya təmsilçisi artıq qarşı tərəflə danışıqlara başlayıb.
Qeyd edək ki, belçikalı cari mövsümdə 14 oyunda 1 assistə imza atıb.