“Barselona” ABŞ-da  “Real”la qarşılaşacaq
18.05.2022 - 16:08
“Barselona” ABŞ-da  “Real”la qarşılaşacaq

“Barselona” və “Real” arasında yoldaşlıq oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, bu matç mövsümlərarası fasilədə baş tutacaq.

Hər iki komanda hazırlıq dövründə ABŞ-a səfər edəcək. İspaniyanın iki nəhəngi Las-Veqasda təşkil olunacaq.

Görüşdən əldə olunacaq qazanc iki klub arasında bərabər bölüşdürüləcək. Kataloniya klubu hazırlıq prosesində daha üç mata çıxacaq. 

“İnter Mayami” ilə Mayamidə üz-üzə gələcək Xavinin komandası “Yuventus”la Los-Ancelesdə, “Nyu-York Red Bullz”la Nyu-Yorkda qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0