"Barselona" "Bavariya"nın futbolçusunu istəyir
10.03.2024 - 12:45
"Barselona" "Bavariya"nın hücumçusu Erik-Maksim Çupo-Motinqlə maraqlanır.
Apasport.az xəbər verir ki, kataloniyalılar futbolçunu azad agent kimi almaq niyyətindədir. 34 yaşlı kamerunlu futbolçunun "Bavariya" ilə müqaviləsi bu yay başa çatır.
Çupo-Motinqlə Premyer Liqa, A Seriya və Səudiyyə Ərəbistanı komandaları da maraqlanır.
Bu mövsüm kamerunlu 27 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0