“Barselona” Xorvatiyadan müdafiəçi gətirir
12.06.2023 - 11:44
“Barselona” Xorvatiyadan müdafiəçi gətirir

“Barselona” gənc futbolçu ilə müqavilə imzalayır.

Apasport.az saytı xəbər verir ki, ispanlar Xorvatiyanın "Kustoşiya" klubunun müdafiəçisi Mikayıl Fayeni heyətə cəlb etməyə hazırlaşır.

İki komanda arasında danışıqların davam etdiyi və 18 yaşlı seneqallı futbolçunun yaxın vaxtlarda Kataloniya təmsilçisinə qoşulacağı bildirilir. “Barselona” bu keçid qarşılığında qarşı tərəfə 5 milyon avro və futbolçunun performansına görə bonuslar verəcək. 

Faye ilə “Çelsi” və Dortmund “Borussiya”sı olmaqla bir çox komanda maraqlanır.

Qeyd edək ki, son mövsümdə 14 oyun keçirən oyunçu, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0