“Barselona”da itki
24.08.2023 - 17:36
“Barselona”nın futbolçusu Pedrinin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, sağ ayağından xəsarət alan yarımmüdafiəçi bərpa prosesi keçməli olacaq.
20 yaşlı futbolçunun ən azı ay yarım meydanlardan kənar qalacağı gözlənilir. O, oktyabrın ortalarında meydana qayıda biləcək.
Qeyd edək ki, Pedri cari mövsüm La Liqada 2 oyun keçirib.
0
0