“Barselona”da yeni müqavilə
31.10.2024 - 19:25
"Barselona" Fermin Lopeslə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə imzalanıb.
Razılaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Lopesin son iki mövsümdəki çıxışı klub rəhbərliyini razı salıb. Yeni müqavilədə futbolçunun sərbəst qalma maddəsi 500 milyon avrodur.
Qeyd edək ki, bu mövsümdə 21 yaşlı 5 dəfə La Liqada və 1 dəfə isə Çempionlar Liqasında meydana çıxıb.
0
0