Niko Uilliams və Dani Olmo transferlərini tamamlamaq istəyən "Barselona" ulduz futbolçu ilə yollarını ayırmaq qərarı alıb.
Apasport.az xəbər verir ki, İlkay Gündoğan tezliklə komandanı tərk edə bilər.
Yeni transferləri tamamlamaq üçün katalonlar bir neçə futbolçunu göndərmək istəyindədir. İlkayla yanaşı Ronald Arauxo, Frenki de Yonq, Ansu Fati və Rafinya da bu siyahıya düşüb.
Alman futbolçu ilə Qətərin "Əl Sədd" və Səudiyyə Ərəbistanının "Əl İttihad" komandaları yaxından maraqlanır.
Qeyd edək ki, Gündoğan ötən mövsüm "Barselona" forması ilə 51 oyuna çıxıb, 5 qol, 14 qol ötürməsi ilə yadda qalıb.