"Barselona"nın Feliksi buraxmaq fikri yoxdur
01.11.2023 - 23:48
"Barselona"nın Feliksi buraxmaq fikri yoxdur

"Barselona" Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, kataloniya klubu mövsümün əvvəlində Madrid “Atletiko”sundan heyətə cəlb etdiyi portuqaliyalı futbolçunun oyunundan razıdır.

Onlar maliyyə problemlərinə görə birdəfəlik satın ala bilmədikləri 23 yaşlı futbolçunun növbəti mövsüm də komandada qalması üçün çalışırlar. Əgər komanda rəhbərliyi bu istəyini reallaşdıra bilsə, o zaman 2025-ci ilin yayında 20 milyon avro ödəyərək Feliksin hüquqlarına sahib ola biləcək.   

Qeyd edək ki, Joaonun özü də açıqlamalarında Madrid klubuna qayıtmaq istəmədiyini bəyan edib. Bu mövsüm 11 matçda “Barselona” forması geyinən futbolçu 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0