"Barselona"nın futbolçusu ÇL matçında zədələnib - FOTO
07.11.2024 - 11:58
"Barselona"nın futbolçusu ÇL matçında zədələnib - FOTO

Çempionlar Liqasında Serbiyada “Srvena Zvezda”nı 5:2 hesabı ilə məğlub edən “Barselona” oyunda ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, rəqib oyunçu butsu ilə Pau Kubarsinin başına zərbə endirib. Kubarsi dərhal meydanı tərk edib.  

Matçdan sonra oyunçunun üzünə 10 tikiş vurulub.

La Liqa nəhəngi sosial media hesabında matçın 67-ci dəqiqəsində zədələnən Pau Kubarsinin fotosunu paylaşıb. “Barselona” oyunçunun fotosunun altına “Hər şey “Barselona” üçün” sözlərini yazıb.

Qeyd edək ki, “Barselona” 4 turdan sonra 9 xalla 6-cıdır.

writer photo
Əlirza Əlirzalı
0