“Barselona”nın gənc istedadı zədəsini sağaldıb
06.03.2024 - 14:59
“Barselona”nın gənc istedadı zədəsini sağaldıb

"Barselona”nın gənc istedadı Lamin Yamal Çempionlar Liqasının 1/8 final mərhələsinin İtaliya “Napoli”si ilə cavab oyununda iştirak edə bilər.
 
Apasport.az xəbər verir ki,16 yaşlı futbolçu zədəsini sağaldıb. Yamalın həftəsonu "Malyorka" ilə qarşıdakı matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" və "Napoli" arasında cavab oyunu martın 12-də keçiriləcək. İlk qarşılaşmada qalib müəyyən olunmayıb (1:1).

writer photo
Əlirza Əlirzalı
0