“Barselona”nın transfer planları
10.10.2023 - 16:39
“Barselona”nın transfer planları

“Barselona”nın növbəti mövsüm üçün transfer planları bəlli olub.

Apasport.az xəbər verir ki, İspaniya klubu gələn yay yeni futbolçular almağı planlaşdırır.

Komandanın baş məşqçisi Xavi hər mövqedə iki oyunçu görmək istəyir. Klub rəhbərliyi bu məqsədlə dayaq yarımmüdafiəçisi Oriol Romeuya rəqabət yaratmaq niyyətindədir. İki cinah müdafiəçisinin də alınması nəzərdə tutulub. Serci Roberto və Markos Alonsonun müqavilələri yayda başa çatacağından arxa xətt oyunçularının alınması zəruridir.

Qeyd edək ki, “Barselona” əvvəlki transferlərdən 207 milyon avro borcu qalıb.

writer photo
Əlirza Əlirzalı
0