Kataloniya "Barselona"sının vitse-prezidenti Rafa Yuste komandanın baş məşqçisi Xavi Hernandezin gələcəyi haqda danışıb.
Apasport.az xəbər verir ki, funksionerin sözlərini məşhur insayder Fabrizio Romano sosial media hesabında yazıb:
“Xavi qalır, o, “Barselona”da xoşbəxtdir. Klub digər məşqçilərlə danışıqlar aparmayıb. Deku bu mütəxəssisə tam etibar edir. Qərar təsdiqlənib”.
Daha əvvəl Xavinin cari mövsümün sonunda Kataloniya komandasını tərk edəcəyi bildirilirdi.
Onun rəhbərliyi altında "Blauqrana" La Liqa turnir cədvəlində ikinci yeri tutur və Çempionlar Liqasının 1/4 finalına yüksəlib, burada PSJ-yə uduzub.