Baş məşqçiyə vaxt verildi
04.09.2022 - 22:41
“Bolonya” baş məşqçisini istefaya göndərə bilər.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Sinişa Mihayloviçlə vidalaşmağı nəzərdən keçirir.
Buna səbəb komandanın uğursuz nəticələridir. Bolonyalılar mütəxəssisə iki oyun vaxt verib. “Fiorentina” və “Empoli” ilə qarşılaşmalardan sorna yekun qərar çıxarılacaq.
Qeyd edək ki, 5 oyunda 3 xal toplayan “Bolonya” A seriyasının turnir cədvəlində 15-cidir.
0
0