"Bavariya" azarkeşlərinə bəd xəbər
25.01.2024 - 15:07
"Bavariya" azarkeşlərinə bəd xəbər

“Bavariya”da əsas heyət üzvü sıradan çıxıb.

Apasport.az xəbər verir ki, Dayotçankul Upamekano Bundesliqada keçirilən "Union"la matçda (1:0) zədələnib.

25 yaşlı müdafiəçi 1-ci hissənin sonlarına doğru sol budunun arxa nahiyəsindən xəsarət alıb. Fransa millisinin də şərəfini qoruyan futbolçu fasiləyə qədər meydanı tərk etməsə də, matçın ikinci hissəsində əvəzlənməli olub.

Həkimlər hələlik oyunçu ilə bağlı diaqnozlarını açıqlamayıblar.

Qeyd edək ki, cari mövsümün 2 görüşündə “Bavariya” forması geyinən Upamekano rəqib qapılarından 1 top keçirib.

writer photo
Əlirza Əlirzalı
0