"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib
08.07.2024 - 00:36
"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Kristal Pelas"dan Maykl Oliseni transfer edib. 22 yaşlı cinah yarımmüdafiəçisi ilə 2029-cu ilin yayına qədər qüvvədə olan müqavilə imzalanıb.

Daha əvvəl mediada "Bavariya"nın Olisa üçün "Kristal Pelas"a 53 milyon avro təzminat məbləği və daha 5,9 milyon avro transfer bonusu ödəyəcəyi bildirilirdi.

Xatırladaq ki, fransalı futbolçu ötən mövsüm İngiltərə çempionatının 19 matçında iştirak edib, 10 qol vurub, 6 qolun ötürməsini verib.

 

 

 

writer photo
Əlirza Əlirzalı
0