“Bavariya” onunla danışıqlara başlayacağını açıqladı
11.05.2023 - 11:57
“Bavariya” onunla danışıqlara başlayacağını açıqladı

“Bavariya” daha bir oyunçusu ilə bağlı qərarını verib.

Apasport.az saytı xəbər verir ki, Almaniya təmsilçisi hücumçu Tomas Müllerin bir mövsüm daha komandada qalmasını istəyir.

33 yaşlı futbolçunun oyunundan razı qalan klub rəsmiləri Müllerlə yaxın vaxtlarda danışıqlara başlayacaq. Mövsümün sonunda “Bavariya”nı tərk etməyi planlaşdıran alman forvardın bu təklifə nə cavab verəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, 2009-cu ildən “Bavariya”da çıxış edən Müller davam edən mövsümdə 37 matçda meydana çıxaraq, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0