“Bavariya”dan getməyə qərar verdi
14.12.2022 - 15:43
Fransa millisinin və “Bavariya”nın futbolçusu Bencamen Pavar gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi Almaniya klubu ilə müqaviləsini uzatmayacaq.
O, 2023-cü ilin yayında komandasını dəyişmək niyyətindədir. “Bavariya” anlaşması 2024-cü ilin yayında başa çatacaq futbolçunu pulsuz itirməmək üçün satmağa məcbur olacaq.
Qeyd edək ki, Bencamen 2019-cu ildən “Bavariya”da çıxış edir.
0
0