“Bavariya”dan Rayan qərarı
22.08.2023 - 09:55
“Bavariya”dan Rayan qərarı

“Bavariya” futbolçusu Rayan Qravenberxlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu futbolçusunu icarəyə verməyi planlaşdırır.

O, “Liverpul” və “Mançester Yunayted”in maraq dairəsindədir. Rayanin özü də komandasını dəyişmək istəyir. 21 yaşlı niderlandlı futbolçu oyun praktikası qazanmaq üçün Münhen klubundan ayrılmaq fikrindədir.

Qeyd edək ki, Rayan ötən mövsüm cəmi 2 dəfə start heyətində yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0