“Bavariya”dan “Real”a kömək
19.12.2023 - 15:37
“Bavariya”dan “Real”a kömək

“Bavariya” rəhbərliyi Madrid “Real”ına öz köməyini təklif edib.

Apasport.az xəbər verir ki, Münhen klubunun fəxri prezidenti Uli Höness bildirib ki, onlar ispanlara müdafiəçi David Alaba üçün həkim tapmaqda kömək edəcək.

31 yaşlı avstriyalı La Liqanın 17-ci turunda "Vilyarreal"la oyunda (4:1) zədələnib. Alabaya sol dizində çarpaz bağın yırtılması diaqnozu qoyulub.
Höness İnsbrukda çox güvəndikləri bir həkimi qarşı tərəfə tövsiyə etdiklərini bildirib.

Qeyd edək ki, fəxri prezidentin dediyi həkimin əvvəllər Manuel Noyer və Leroy Sanenin dizindən əməliyyat edən avstriyalı Kristian Fink olduğu iddia olunur.

writer photo
Əlirza Əlirzalı
0