“Bavariya”dan “Yuventus”a
12.01.2023 - 15:37
“Bavariya”dan “Yuventus”a

“Bavariya” "Yuventus"unun müdafiəçisinə elçi düşüb.  

Apasport.az saytı xəbər verir ki, almanlar 31 yaşlı Danilonu heyətə cəlb etməyə çalışır.

Münhen təmsilçisində Benjamin Pavardın müqaviləsi yayda başa çatır. “Bavariya” müdafiə xəttinin zəifləməməsi üçün braziliyalı futbolçunun keçidində maraqlıdır. 

Qeyd edək ki, Danilo “Yuventus”a 2019-cu ildə İngiltərə “Mançester Siti”sindən 37 milyon avroya transfer olunub. Bu mövsüm “qoca sinyora”nın heyətində 22 oyun keçirən futbolçu 1 qol vurub, 2 assist edib.

writer photo
Əlirza Əlirzalı
0