“Bavariya”nın mundial narazılığı
11.11.2022 - 17:15
“Bavariya”nın mundial narazılığı

Sadio Manenin zədəli olmasına baxmayaraq, Seneqal millisinin DÇ-2022 heyətinə salınması azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Apasport.az saytının məlumatına görə, həmçinin forvardın klubu “Bavariya” da bu durumdan narazıdır.

Münhen təmsilçisi Bundesliqanın XIV turunda “Verder”lə (6:1) qarşılaşmada zədələnən və 1 aylıq yaşıl meydanlardan uzaq qalacağı açıqlanan Manenin Qətərdəki mundiala yollanmasından narahatlığını bildirib. Bundesliqa klubu ulduz futbolçunun bu müddətdə Almaniyada qalmaqla uğurlu müalicə ala biləcəyini düşünür.

Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatında Seneqal yığması Ekvador, Niderland və ev sahibləri ilə eyni qrupda yer alıb. Afrikalılar ilk oyununu noyabrın 21-də Niderlanda qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0