"Bayer" 59 illik rekord qırdı
10.05.2024 - 10:36
UEFA Avropa Liqasının yarımfinalında "Bayer" "Roma"nı qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Beləliklə, Bundesliqa təmsilçisi Portuqaliyanın "Benfika" klubunun 59 illik rekordunu qırıb.
"Bayer" məğlubiyyətsizlik seriyasını 49-a çatdırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.
Ümumi hesabda 4:2 öndə olan Leverkuzen təmsilçisi finala yüksəlib.
0
0