"Bayern" azarkeşlərindən maraqlı addım
08.07.2024 - 17:33
"Bayern" azarkeşlərindən maraqlı addım

Transfer bazarında aktiv olan “Bayern Münhen” Olise transferi ilə futbol dünyasına səs salıb.

Eyni zamanda komandanın düşərgəsindəki oyunçularla da bağlı maraqlı xəbərlər ortaya çıxır. Apasport.az xəbər verir ki, alman azarkeşlər müdafiəçi Matteys De Liqtin komandada qalması üçün səsvermə kampaniyası başladıb.

Niderlandlı futbolçunu komandada saxlamaq üçün artıq 60 min səs toplanıb. Münhen klubunun rəhbərliyinə təqdim olunan ərizədə azarkeşlər De Liqtin komandanın ən yaxşı oyunçusu olduğunu, onun qalmasını istədiklərini bildirib.

Qeyd edək ki, ötən sezon “Bayern”in heyətində 30 oyuna çıxan müdafiəçi 2 qol və 1 məhsuldar ötürməyə də nail olub.    
 

writer photo
Əlirza Əlirzalı
0