“Beşiktaş” borclarını ödəmək üçün yeni layihələr həyata keçirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi 30 min insanın yaşayacağı qəsəbə inşa edəcək.
Bu istəyin müsbət qarşılandığını deyən klub prezidenti Ahmet Nur Çebi hazırda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın cavabını gözlədiklərini bildirib.
Yeni yaşayış kompleksi İstanbulun Eyyüpsultan rayonundakı Çiftalan kəndindəki keçmiş əkin və mədən ərazisində tikiləcək. “Qara qartal”lara 7,5 milyard lirə gəlir gətirəcək bu layihə sayəsində komanda 6,2 milyard türk lirəsi olan borcunu tam ödəyə biləcək.
Qeyd edək ki, Türkiyə daha bir təmsilçisi “Qalatasaray” da eyni üsulla borclarından qurtulacağını açıqlayıb.