“Beşiktaş” “Çelsi”nin hücumçusuna elçi düşdü
20.12.2023 - 14:35
“Beşiktaş” “Çelsi”nin hücumçusuna elçi düşdü

"Beşiktaş"ın transfer planları bəlli olub.

Apasport.az xəbər verir ki, "qara qartallar"ın prezidenti Hasan Arat "Çelsi" formasını geyən Armando Brojanı komandada görmək istəyir. 

22 yaşlı forvard İngiltərədə anadan olsa da, Albaniya millisinin şərəfini qoruyur. "Beşiktaş" istedadlı futbolçunu transfer edə bilməsə, icarəyə götürməyi planlaşdırır. 

Qeyd edək ki, Broja bu mövsüm 11 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0