"Beşiktaş" daha bir legioneri ilə yollarını ayırdı
13.09.2024 - 21:49
"Beşiktaş" daha bir legioneri ilə yollarını ayırdı

Futbol üzrə Türkiyə Super Liqa təmsilçilərindən "Beşiktaş"da daha bir ayrılıq baş tutub.

Apasport.az xəbər verir ki, İstanbul nəhəngi müdafiəçi Daniel Amarti ilə yollarını ayırıb.

Klubun rəsmi saytından verilən məlumata görə, 29 yaşlı qanalı futbolçu ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

"Ağ-qaralar"ın heyətində 18-i Super Liqa matçı, 2-si Türkiyə kuboku olmaqla ümumilikdə 20 matça çıxan Amarti bu görüşlərin heç birində qol və ya asistlə yadda qalmayıb.

Qeyd edək ki, "Beşiktaş" Daniel Amartini keçən mövsüm "Lester Siti"dən transfer etmişdi. 

writer photo
Əlirza Əlirzalı
0