UEFA Avropa Liqasında "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
"Qalatasaray"ın səfərdə RFS-lə qarşılaşacağı matçı Slovakiya Futbol Assosiasiyasından Filip Qlova idarə edəcək.
Qlovanın köməkçiləri Daniel Polacek və Peter Bednar olacaq. Mixal Okenas VAR hakimi, Lukas Dzivjak isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
"Tvente"-"Fənərbaxça" qarşılaşması ingiltərəli hakimlərə tapşırılıb. Baş hakim Kris Kavana Li Betts və Ceyms Mainvarinq kömək edəcək.
Matçın VAR hakimi Stüart Atvell, dördüncü hakimi isə Sem Barrot olacaq.
"Beşiktaş"ın "Ayntraxt Frankfurt"la keçirəcəyi görüşü isə Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Daniel Mak Farlan və David Mak Qeyçi Beatonun köməkçiləri kimi çalışacaqlar.
Qarşılaşmada Nikolas Uolş VAR hakimi, Kristofer Qrem isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hər 3 qarşılaşma oktyabrın 3-də keçiriləcək.