"Beşiktaş" UEFA Avropa Liqasının 3-cü həftəsində qonaq olduğu Fransa təmsilçisi "Olimpik Lion"u 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, görüşdə "qara-ağlılar"a qələbə gətirən qolu 71-ci dəqiqədə Gedson Fernandes vurub.
Bu nəticə ilə "Beşiktaş" Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb. “Qara-ağlar” ilk 2 həftədə “Ayaks” və “Ayntraxt Frankfurt”a məğlub olub.
UEFA Avropa Liqasında ilk 2 matçda qalib gələn "Olimpik Lion" ilk dəfə Türkiyə təmsilçisinə məğlub olub və 6 xalda qalıb.
Beləliklə, "Beşiktaş" "Olimpik Lion"un bütün turnirlərdə 5 matçlıq qələbə seriyasına son qoyub.