“Beşiktaş” Vernerə elçi düşdü
19.12.2023 - 12:56
“Beşiktaş” Vernerə elçi düşdü

“Beşiktaş” hücum xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul klubu gözünü “Leypsiq”in hücumçusu Timo Vernerə dikib.

27 yaşındakı futbolçu bu mövsüm 14 oyunda sadəcə 2 qol vurub. Almanlar milli komandanın da şərəfini qoruyan forvardın icarəyə verilməsinə müsbət yanaşırlar. “Qara-qartal”ın yaxın günlərdə qarşı tərəflə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Verner 2020-ci ildə “Leypsiq”dən “Çelsi”yə 53 milyon avroya transfer olunub. “Premyer Liqa”da istənilən nəticəni vermədiyi üçün o, ötən ilin avqustunda yenidən keçmiş komandasına geri dönüb.
 

writer photo
Əlirza Əlirzalı
0