Mövsümün sonunda “Beşiktaş”dan ayrılmaq istəyən ilk futbolçunun kimliyi bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul klubunun cinah yarımmüdafiəçisi Raşid Qezzal müqaviləsini yeniləmək istəmir.
Bu barədə açıqlama verən klubun idarə heyətinin üzvü Fəyyaz Uçar əlcəzairli futbolçu ilə görüşdüklərini və ondan mənfi cavab aldıqlarını açıqlayıb. 31 yaşlı futbolçunun ara transfer dövründə satılma ehtimalının da olduğunu vurğulayan Uçar, təkliflərə açıq olduqlarını bildirib.
İddialara görə, futbolçu Sərgən Yalçının baş məşqçi postunda olduğu “Antalyaspor” klubuna getmək istəyir.
Qeyd edək ki, yayda “Beşiktaş”la razılşaması bitəcək olan Qezzal bu mövsüm 18 matçda iştirak edərək 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.