"Beşiktaş"ın ulduz futbolçusu millinin şəraitini bəyənmədiyi üçün komandasından ayrılıb
08.10.2024 - 16:52
"Beşiktaş"ın ulduz futbolçusu millinin şəraitini bəyənmədiyi üçün komandasından ayrılıb

Super Liqa təmsilçilərindən "Beşiktaş"da çıxış edən Əl-Musrati Liviya millisindən ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib: 

"Mən bu qərarı öz istəyimlə verməmişəm. Milli komandada şərait heç də yaxşı deyil. Yaşayış yerimiz əlverişsizdir, səyahətlərimiz əziyyətlidir və menecerlərimiz heç də peşəkar deyil". 
 
Qeyd edək ki, 28 yaşlı futbolçu Liviya yığması ilə 33 matçda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0