Boatenq yalan danışmağa məcbur edilib
04.10.2023 - 17:52
Boatenq yalan danışmağa məcbur edilib

"Məni Messinin dünyanın ən yaxşı oyunçusu olduğunu söyləməyə məcbur etdilər"

Apasport.az xəbər verir ki, "Barselona"nın keçmiş futbolçusu Kevin-Prins Boatenq açıqlamaları ilə gündəm olub.

36 yaşlı veteran futbolçu həyatının ən böyük yalanını Kataloniya klubunda oynayarkən deməli olub: “Yadımdadır, “Barselona”ya gələndə dərhal dünyanın ən yaxşı oyunçusunun kim olduğunu soruşdular. Cavab verməli oldum ki, Lionel Messidir. Əslində isə  yalan danışdım. Mən adətən həmişə həqiqəti deyirəm, amma həmin an yalan danışdım, çünki bu yalan komandanın formasını geyinməyin yeganə yolu idi. Mən yeniyetmə vaxtımda həmişə “Real Madrid”i dəstəkləmişəm. Cristiano Ronaldo isə ən sevdiyim oyunçudur. Amma dedilər ki, dünyanın ən yaxşı oyunçusunun Messi olduğunu deməliyəm, əks halda oynamayacağam".

Qeyd edək ki, vaxtilə ispan klubunda cəmi 6 ay (2019 cu ilin yanvar- iyun ayları) forma geyinən Boatenq ötən mövsümün sonunda “Herta” komandasında karyerasını bitirib.

writer photo
Əlirza Əlirzalı
0