Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə tövsiyəyə yenidən baxılıb.
BOK beynəlxalq federasiyalara verilən sanksiya tövsiyələrini ləğv etməyib. Bunu qurumun nümayəndəsi Mark Adams açıqlayıb: “Mövqe dəyişməyib. Fevraldan qüvvədə olan tədbirlər dəyişməz qalacaq”.
Qeyd edək ki, BOK fevralın 28-də bütün beynəlxalq idman federasiyalarına Ukraynadakı vəziyyətə görə Rusiya və Belarus təmsilçilərini yarışlara buraxmamağı tövsiyə edib.