Bombardirlik yarışında Edin Ceko fərqi
11.01.2024 - 09:47
Bombardirlik yarışında Edin Ceko fərqi

"Fənərbaxça"nın ulduz futbolçusu Edin Ceko Türkiyə Super Liqasının bombardirlik yarışına liderlik edir. 

Apasport.az xəbər verir ki, 37 yaşlı bosniyalı əsas rəqibi ilə qol fərqini 4-ə yüksəldib. Ceko çıxdığı 18 matçda 16 dəfə fərqlənib. Rəqibi Mauro İkardi isə 17 matçda 12 qola imza atıb.

"Qalatasaray"ın ulduzunu sabiq "Fənərbaxça"lı Mame Tiam izləyir. Seneqallı futbolçu 19 matçda 11 qol-a çatıb. 

Super Liqa bombardirlik yarışının siyahısı belədir: 

1. Edin Ceko ("Fənərbaaxça") - 16 qol

2. Mauro İkardi ("Qalatasaray") - 12 qol

3. Mame Tiam ("Kayserispor") - 11 qol

4. Sebastian Şimanski ("Fənərbaaxça") - 9 qol

5. Aytaç Kara ("Kasımpaşa") - 9 qol 

6. Adam Buksa ("Antalyaspor") - 8 qol

7. Sokol Cikalleşi ("Konyaspor") - 8 qol 

8. Mbaye Nianq ("Adana Dəmirspor") - 8 qol

9. Paul Onuaçu ("Trabzonspor") - 8 qol

10. Rey Manaj ("Sivasspor") - 8 qol 

11. Duşan Tadiç ("Fənərbaxça") - 7 qol

 

 

writer photo
Əlirza Əlirzalı
0