“Borussiya” 3 xalı 4 qolla qazandı
28.09.2024 - 00:32
“Borussiya” 3 xalı 4 qolla qazandı

Almaniya Bundesliqasında 5-ci tura start verilib.

Apasport.az xəbər verir ki, turun ilk matçı Dortmundda keçirilib.

"Borussiya" "Bohum"la qarşılaşıb. Meydan sahibləri startda 2 top buraxsa da, ardıcıl 4 qol vuraraq əzmkar qələbə qazanıb.

Qeyd edək ki, Dortmund təmsilçisi 5 oyundan sonra 10 xal toplayıb. "Bohum"un hesabında isə cəmi 1 xal var.

 

writer photo
Əlirza Əlirzalı
0