"Borussiya" Hummelslə yolları ayırdı
14.06.2024 - 15:49
"Borussiya" Hummelslə yolları ayırdı

Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Mats Hummelslə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Xatırladaq ki, 2019-cu ildə "Borussiya"ya qayıdan Hummels 2009-2016-cı illərdə də bu komandanın uğurları üçün çalışıb. O, Dortmund klubunda 2010/2011 və 2011/2012 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.

Qeyd edək ki, klub ötən gün baş məşqçi Edin Terziçlə də sağollaşıb. 

writer photo
Əlirza Əlirzalı
0