“Böyük beşlik”də ən çox oynayan FUTBOLÇU
17.03.2023 - 15:51
2022/2023 mövsümündə “Böyük beşlik”də ən çox meydanda olan futbolçunun adı bəlli olub.
Apasport.az saytı xəbər verir ki, bu, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesdir.
Portuqaliyalı futbolçu bütün yarışlarda 43 oyun keçirib və 3751 dəqiqə komandasına kömək edib. 28 yaşlı Fernandes bu matçlarda rəqib qapısına 8 dəfə yol tapıb və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Bruno 2020-ci ilin yanvarında "qırmızı şeytanlar”a “Sportinq”dən keçib.
0
0