“Braqa”nın baş məşqçisi "Spartak"a keçir? - Agenti açıqladı
12.03.2024 - 12:37
Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorjenin meneceri Uqo Kajuda çalışdırıcının Moskva “Spartak”ına mümkün təyinatı haqda danışıb.
Apasport.az xəbər verir ki, bu barədə “Spartak İnform” teleqram kanalı məlumat yayıb.
Uqo Kajuda bildirib ki, mütəxəssinin bütün diqqəti hazırda “Braqa”dadır: “Hazırda bu barədə danışmamalıyam. Artur indi “Braqa”nın baş məşqçisidir və bütün diqqətini buna yönəldib”.
Qeyd edək ki, portuqaliyalı çalışdırcının “Braqa” ilə müqaviləsi 2025-ci ilin yayında bitir.
0
0