Braytveyt Barselonada qaldı
01.09.2022 - 17:49
Braytveyt Barselonada qaldı

“Barselona”nın hücumçusu Martin Braytveytin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, danimarkalı futbolçu Barselonada qalacaq.

O, şəhərin digər komandası “Espanyol”a keçəcək. “Barselona” ilə müqaviləsini pozacaq forvard yeni klubuna azad agent kimi qoşulacaq.

Hazırda tibbi müayinədən keçən Braytveytin müqavilə müddəti də bəllidir. O, “Espanyol”la üç illik anlaşma imzalayacaq.

Qeyd edək ki, Martin 2020-ci ilin yanvarında “Leqanes”dən 18 milyon avroya transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0