Braziliyalı futbolçu ömürlük futboldan kənarlaşdırıla bilər
05.06.2024 - 10:35
Braziliyalı futbolçu ömürlük futboldan kənarlaşdırıla bilər

Lukas Paketa mərc oyunlarında iştirakına görə ömürlük cəza ilə üzləşə bilər.

Apasport.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası futbolçunu mərclərdən pul qazanmaq üçün oyuna təsir etməkdə ittiham etmişdi.

O, Premyer Liqada "Lester" (12 noyabr 2022), "Aston Villa" (12 mart 2023), "Lids" (21 may 2023) və "Bornmut" (12 avqust 2023) ilə matçlarda 4 qanun pozuntusunda ittiham olunub.

"The Sun" nəşrinin məlumatına görə, futbolçu ömürlük futboldan kənarlaşdırıla bilər. Mənbənin sözlərinə görə, təxminən 60 nəfərin bu matçların birində və ya hamısında Paketanın sarı vərəqə almasına pul qoyduğu güman edilir. Mərclər 7 ilə 400 funt sterlinq arasında dəyişib, ümumi uduş 100 min funt sterlinq təşkil edib.

writer photo
Əlirza Əlirzalı
0